Duz, yoxsa çirkab gölü?! | VİDEO

Duz, yoxsa çirkab gölü?!    | VİDEO
  04 Aprel 2026    Oxunub:2011
Masazır gölünün ətrafında yerləşən kanalizasiya xətlərindən axan çirkab sular gölün suyuna qarışır. Ətrafda hiss olunan xoşagəlməz qoxu da bunu deməyə əsas verir. Narahatedici məqam ondan ibarətdir ki, duz gölü kimi tanınan Masazır gölündən duz istehsal olunur.
Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidmətindən bildirilib ki, son günlər ərazidə yağan intensiv yağışlar və suyun kənarlaşdırılması üçün lazımi infrastrukturun olmaması mövcud vəziyyətin yaranmasına səbəb olub. Tullantı su sistemlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbirlər həyata keçirildikdən sonra mövcud problem həllini tapacaq.






Teqlər: Masazır   Duz-gölü  



Xəbər lenti